Tarix : 2016 Nov 23
Kod 50792

Rusiya Ermənistana gizli silah satacaq

Rusiya Prezidenti əmr imzalayıb.
Arannews- Rusiya Prezidenti Vladimir Putin Rusiyanın xarici dövlətlərlə hərbi texniki əməkdaşlığı barədə məlumatların dövlət sirri təşkil etməsi ilə bağlı əmr imzalayıb.
Putinin əmri Kremlin rəsmi saytında yer alıb. Əmrdə bu informasiyaların vaxtından əvvəl yayılmasının dövlət təhlükəsizliyinə zərər gətirəcəyi bildirilib.
Qeyd edək ki, Rusiya bundan öncə Ermənistan ordusunun modernləşdirilməsi üçün İrəvana 200 milyon dollar kredit ayırıb. Bu kredit sayəsində Ermənistan ordusuna yeni hərbi texnikalar daxil olub. Üstəlik, Rusiya bu il İrəvana “İsgəndər” raketlərini də verib. Putinin yeni əmrinə əsasən isə artıq bu cür silah sövdələşmələri barədə heç bir məlumat əldə etmək mümkün olmayacaq. Onlar dövlət sirri hesab ediləcək və yayılması qadağan olunacaq.


  • Yazılıb
  • da (də) 2016 Nov 23
  • Göndərən مدير سايت Aran News