İran prezidenti Həsən Ruhani mərcəi təqlid Ayətullah Musəvi Ərdəbilinin vəfatı münasibəti ilə baş sağlığı verib və bu münasibətlə ölkədə iki gün matəm elan edib.
Xəbər verdiyimiz kimi tanınmış mərcəi təqlid Ayətullah Əbdülkərim Musəvi Ərdəbili vəfat edib, bu münasibətlə İranda iki gün matəm elan olunub.
“AranNews”-un verdiyi xəbərə görə, H.Ruhani öz başsağlığı mesajında bildirir: “Ali məqamlı şiə alimi, mərcəi təqlid, abid, mücahid, fəqih, elminə əməl edən və dini hövzələr və universitet tələbələri üçün nüfuzlu müəllim, həzrət Ayətullah Hacı Seyid Əbdülkərib Musəvi Ərdəbilinin vəfatı bütün vilayət yolunun davamçıları və elm axtarışında olan şəxslər üçün böyük itgidir.
O, İslami Hərəkatın sabit qədəm yardımçısı, İmam Xomeyni (rə) və Ali Rəhbər Ayətullah Xamenei həzrətlərinin sadiq yaxını olmuşdur. Ayətullah Ərdəbili fəqihlik və siyasət sahəsində elmi rüknə və biliyə sahib və müctəhid idi. O, ömrü boyu İslam İnqilabından öncə və sonra müxtəlif siyasi, ictimai, və məhkəmə sistemi sahəsində məsuliyyətlər qəbul edib. İslam dininin təlimlərinin yayılması yolunda və İslam sisteminin möhkəmlənməsi yolunda bir çox gənclərə və cəmiyyətin haqq axtarışçılarına yolgöstərən olub. Mən bu böyük itgini başda İmam Zaman (əc) olmaqla, İslam İnqilabının rəhbərinə, müctəhidlərə, alimlərə, dini hövzələrə, onun şagirdlərinə və İran İslam Respublikası xalqına, xüsusi ilə Ərdəbilin qeyrətli xalqına, özəlliklə onun övladlarına və yaxınlarına başsağlığı deyirəm. Bu böyük itgi münasibətilə cümə axşamı günü və cümə gününü ölkədə ümumxalq matəm günü elan edirəm”. /mehrnews/