Tanınmış məddah Səlim Müəzzinzadə bu gün Ərdəbildə xeyli sayda Əhli Beyt (ə) aşiqinin iştirakı ilə dəfn edilib.
“AranNews”-un verdiyi xəbərə görə, Vida mərasiminin təşkil edilməsinin ardınca mərhumun cənazəsi dəfn edilməsi üçün Ərdəbilin "Beheşte Zəhra" qəbiristanlığında dahi şəxsiyyətlərin dəfn olunduğu bölümdə torpağa tapşırılıb.
Dəfndə Iranın müxtəlif bölgələrindən eləcədə qonşu ölkələrdən xeyli sayda insan qatılıb.
Mərhum Müəzzinzadə Ərdəbilinin vəsiyyətinə əsasən, cənazəsinin keçdiyi yol boyunca ustadın şah əsəri sayılan "Zeynəb, Zeynəb" növhəsi səsləndirilib.
Dəfn mərasimi Səbəlan və Səhər kanalı tərəfindən canlı olaraq yayımlanıb.
Mərhum Müəzzinzadə dünən səhər saatlarında, 80 yaşında vəfat edib. /farsnews/