Myanmada ordunun keçirdiyi əməliyyatlardan sonra yüzlərlə müsəlman qonşu ölkə Banqladeşə qaçıb.
“AranNews”-un verdiyi xəbərə görə, Myanma ordusunun 1 həftədən çoxdur müsəlmanların yaşadığı Arakan bölgəsində silahlı şəxslərlə mübarizə bəhanəsi ilə müsəlmanlara qarşı qətliam reallaşdırır. Əməliyyatlar zamanı 100-ə yaxın müsəlman artıq həlak olub.
Myanmalı müsəlmanların müdafiə komitələri bəyan edir ki, müsəlmanların evləri və məscidlər yandırılıb. /Al Alam/