“Əhraruş Şam” terror təşkilatı lideri Əbu Hares əl-Haləbi Hələbin Şeyx Səid məhəlləsində Suriya ordusu ilə terrorçular arasında baş verən toqquşmada öldürülüb.
“AranNews”-un verdiyi xəbərə görə, Bu barədə terrorçulara yaxın media mənbələri məlumat yayıb. Suriya ordusu və “Hizbullah” döyüşçüləri Hələbin qərbində “Əhraruş Şam” terrorçuları ilə qarşıdurmada aralarında terror təşkilatı liderlərindən Əbu Həris əl-Haləbinin də olduğu 30 terrorçunu zərərsizləşdirib. “Əhraruş Şam” terror təşkilatı əsasən İdlib, Hələb və Həmada fəaliyyət göstərir. /Pars Today/