Tarix : 2016 Nov 24
Kod 50799

Türkiyədə partlayış

Partlayış nəticəsində 2 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.
Arannews- Türkiyənin cənubunda yerləşən Adana əyalətində partlayış baş verib. 
Hadisə administrasiya binasının yaxınlığında partlayıcı ilə dolu avtomobilin partlaması nəticəsində baş verib. Terror aktının törədilməsində qadın şübhəli bilinir. Bu haqda məlumatı qubernator Mahmut Demirtaş verib.
"Partlayış nəticəsində 2 nəfər həlak olub, 16 nəfər isə yaralanıb.", - deyə qubernatorun bəyanatında deyilir.
Partlayışı PKK terror təşkilatının törətdiyi ehtimal edilir.

  • Yazılıb
  • da (də) 2016 Nov 24
  • Göndərən مدير سايت Aran News