Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylər müzakirə olunub.
Arannews- İrəvanda səfərdə olan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşüb.görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylər müzakirə olunub.
Məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativin olmadığını, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.