Xüsusi xidmət orqanlarının versiyasına görə, tutulan şəxslər türkiyədən Suriya ərazisinə keçərək İŞİD sıralarına qoşulmağı planlaşdırıblar.
AranNews - Türkiyədə İŞİD terrot təşkilatına qoşulmaq istəyən 25 nəfər tutulub.Türkiyə polisinin Qaziantep, Şanlıurfa və Aydında keçirdiyi əməliyyat nəticəsində tutulanlardan 12-si Rusiya, 8-i Türkiyə vətəndaşı, 2-si azərbaycanlı, 2-si özbəkistanlı, 1-i isə tacikistanlıdır.
Tutulan şəxslərdən silah, hərbi geyim, elektron informasiya daşıyıcısı, bir neçə dildə yazılmış vərəqələr və narkotik götürülüb.
Onların hamısında saxta sənədlər olub.
Xüsusi xidmət orqanlarının versiyasına görə, tutulan şəxslər türkiyədən Suriya ərazisinə keçərək İŞİD terror təşkilatına qoşulmağı planlaşdırıblar.