Tarix : 2016 Nov 26
Kod 50809

Nardaran Dindarlarına qarşı təzyiqlər davam edilir

Nardaranda həbsilər davam edilir.
AranNews - Ötən il noyabrın 26-da Azərbaycan polisinin nardaran dindarlarına qarşı əməliyyatı zamanı 4 Nardaran sakininin şəhid olmasının ildönümü ilə əlaqədar Bakı yaxınlığındakı bu qəsəbədə polis və Daxili Qoşunların dəstələri gücləndirilmiş rejimə keçib. 
Şəhid olanların qohumlarına matəm mərasimi keçirməyin və kütləvi şəkildə məzarları ziyarət etməyin yolverilməz olduğu barədə xəbərdarlıq edilib. Bundan əvvəl naməlum şəxslər şəhid olanların qəbirüstü abidələrini dağıdıb. polis həbslər həyata keçirib, "Nardaran işi" çərçivəsində qohumları xəsarət alan və ya həbs olunan iki yerli sakin saxlanılıb.
Saxlanılanlardan biri - Fail Şahbazov Sabunçu rayon polis bölməsinə, oradan isə Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinə aparılıb, məhkəmə isə onu 30 gün müddətinə həbs edib.
Bir müddət əvvəl Şahbazov facebookda tənqidi məqalələr dərc edib və bir neçə gün bundan əvvəl dağıdılmış məzarların fotoşəklini yayıb.
Saxlanılan Saleh adlı digər şəxs də həbs olunub.
Polis bir sıra digər şəxslərin axtarışını həyata keçirir.
"Nardaran işi" üzrə məhkəmədə şahid kimi keçən yerli sakinlərə təzyiq göstərilir, məhkəmədə çıxışlarından əvvəl onlar polisə çağırılır və təqsirləndirilən şəxslərə böhtan atmaları tələb olunur.

  • Yazılıb
  • da (də) 2016 Nov 26
  • Göndərən مدير سايت Aran News