İran İslam Respublikası, Azərbaycan Respublikası, Rusiya, Qazaxıstan, Hindistan, Gürcüstan, Moldova, Ukrayna, Latviya və Estoniyanın dəmiryolu şirkətlərinin məsul şəxsləri və...
Arannews- İran nümayəndələrinin iştirakı ilə Bakıda Dəmiryolu Biznesi və Xəzər Regionunun Strateji Tərəfdaşlığı üzrə beynəlxalq konfrans keçirilib.
İran İslam Respublikası, Azərbaycan Respublikası, Rusiya, Qazaxıstan, Hindistan, Gürcüstan, Moldova, Ukrayna, Latviya və Estoniyanın dəmiryolu şirkətlərinin məsul şəxsləri və baş ekspertlərinin iştirak etdikləri bu konfransda regionda dəmiryolu layihələrinin icrası, dəmiryolu təchizatlarının istehsalı, dəmiryolu infrastrukturlarının təkmilləşdirilməsi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində tərkibli nəqliyyatın təşkili kimi mövzular araşdırılıb.
Bu beynəlxalq konfransdakı əsas mövzulardan biri, Şimal-Cənub dəhlizi layihəsində iştirak edən ölkələrin anlaşması və həmkarlığı olubdur.
Ölkələr arasında gömrük qaydalarının asanlaşdırılması istiqamətində lazımi addımların atılması, bütün marşrut üçün vahid zaman cədvəlinin hazırlanması, dəyişilmə qabiliyyətli və rəqabət fərziyyəli tariflərin araşdırılması, müştərək CIM/SMGS konosamentindən vahid şəkildə bəhrələnmə, yük gedişinin sürətləndirilməsi, bu tranzit yolunun məziyyətlərinin təqdimatının vacibliyi, eləcə də Asiya, Avropa və hətta Afrika səviyyəsində geniş marketinq, İran İslam Respublikasının Dəmiryolu Şirkətinin rəyasət heyətinin üzvləri tərəfindən bu konfransda irəli sürülmüş təkliflərdən olub.