Arannews- Türkiyənin Avropa Birliyinə üzvlüyü mümkünsüzdür.bunu Almaniya mətbuatına müsahibəsində Avropa Parlamentinin deputatı Manfred Veber söyləyib. Onun sözlərinə görə, AB ən yaxşı halda Türkiyə ilə iqtisadiyyat, mədəniyyət və tələbə mübadiləsi sahəsində ayrıca müqavilə imzalaya bilər. Qeyd edək ki, 24 noyabrda Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların dondurulması barədə qərar qəbul edib.