Tarix : 2016 Nov 29
Kod 50817

İraq xalq könüllüləri İraqın ikinci rəsmi ordusu oldu

İraq könüllü döyüşçüləri (Həşd Şabi) İraqin ikinci ordu qüvvələri hesab olunub.
"AranNews" xəbər verir ki, İraq parlamentində terrorizmlə mübarizə aparan İraq “Həşdi Şəbi” döyüşçülərinin İraqın ikinci ordu qüvvələri olaraq qəbul edilməsi haqda qanun layihəsinə baxılıb və səs çoxluğu ilə qanun layihəsi qəbul edilib.
Verilən məlumata əsasən, bu qanun layihəsi İraqın baş naziri Heydər Əl-Abadi tərəfindən irəli sürülüb.
İrəli sürülən bu məsələ haqda bir neçə ay müddətində araşdırma aparılıb və bu gün parlamentin müzakirəsinə çıxarılan qanun layihəsi qəbul edilib. /Farsnews/
  • Yazılıb
  • da (də) 2016 Nov 29
  • Göndərən مدير سايت Aran News