Azərbaycanın bir qrup sahibkarlarının dekabrın 17-dən 20-dək İranın Təbriz və Ərdəbil şəhərlərinə işgüzar səfəri planlaşdırılır.
"AranNews" xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, səfər Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçiriləcək.
Səfər çərçivəsində Təbriz və Ərdəbil şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi üçün ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Sözügedən işgüzar səfərdə iştirak etmək istəyən sahibkarlar ASK-ya müraciət edə bilərlər.