Tarix : 2016 Nov 29
Kod 50821

Nuri Əl-Maliki: "Vəhhabilik beynəlxalq terrorizm siyahısına salınmalıdır!"

İraqın vitse-prezidenti Nuri Əl- Maliki vəhhabiliyin beynəlxalq terrorizm siyahısına salınmasını istəyib.
"AranNews", Parstoday-a istinadən xəbər verir ki, Nuri Əl-Maliki, Twitter-də paylaşdığı mesajında belə qeyd edib: "İraqın Babil vilayətinin Hillə şəhərində İmam Hüseynin (ə) zəvvarlarının cinayətkarcasına hədəfə alınması əslində İslama qarşı bir terrordur və müsəlmanlar arasında qarşıdurma törədilməsini hədəfləyib. Bu terror hadisəsini Vəhhabizm və İŞİD idarə edir".
Şiə və sünni müsəlmanların məzhəb və etnik qarşıdurma təhlükəsindən agah olduqlarını deyən Əl-Maliki sözlərini belə davam edib: "Bunun üçün dünya birliyi Vəhhabiliyi də beynəlxalq terrorizm siyahısına salmalıdır".
  • Yazılıb
  • da (də) 2016 Nov 29
  • Göndərən مدير سايت Aran News