Misir Suriyaya əsgər göndərməsilə bağlı sionist İsrail rejimi və bəzi ərəb mediasının iddialarını təkzib edib.
"AranNews", Deyerler.org-ya istinadən xəbər verir ki, Misirin Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada, Misirin Suriyaya hərbiçilər göndərməsilə bağlı iddiaların həqiqəti əks etdirmədiyi vurğulanıb.
Nazirliyin sözçüsü Əhməd Əbu Zeyd də açıqlamasında, sionist İsrail rejimi və ərəb mətbuatında gedən xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib: "Suriyada Misir əsgərlərinin olması ilə bağlı iddialar, ancaq bunu yayanların xəyal dünyasında mövcud ola bilər. Bu iddiaları piar etməkdə məqsəd isə hər kəsə məlumdur".
Misirin "digər ölkələrin daxili işlərinə müdaxilə etməmək" prinsipinə sadiq olduğunu deyən Əbu Zeyd sözlərini belə davam edib: "Ölkə sərhədlərindən kənara əsgər və ya təchizat göndərmədən əvvəl qanuni bəzi işlər görülməlidir və bu proseslər gizli şəkildə və hədəfləri xalqa açıqlanmadan keçirməyəcəyik".