Birləşmiş Millətlər Təşkilatının uşaq fondu olan UNICEF təşkilatı suriyalı uşaqlarla bağlı hesabat yayıb.
"AranNews"-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, UNICEF təşkilatının yaydığı hesabatda bildirilir ki, Suriyada blokada və döyüş bölgələrində yaşayan uşaqların sayı 2 dəfə artıb.
"Suriyada döyüş bölgəsində və blokadada yaşayan uşaqların sayı son 1 il ərzində 2 dəfə artıb. Ümumilikdə 500 min uşaq döyüş şəraitində yaşayır. Bu uşaqlar tamamilə humanitar yardımdan təcrid olunub. Bu şəraitdə uşaqlar zirzəmilərdə dərs öyrənməyə və tibbi yardım almağa məcburdular", - deyə UNICEF təşkilatından bildiriblər.