Sionist İsrail rejiminin işğal altındakı Fələstin torpaqlarında baş verən yanğın səbəbilə fələstinliləri ittiham etməsinə Fələstin rəsmiləri reaksiya verib.
"AranNews" Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Fələstin Muxtariyyətinin rəhbərliyi baş verən yanğınlara görə, sionist gəlmələrin məsuliyyət daşıdığını bildirib. Açıqlamada bu yanğınların tamamilə irqçi rejim və sionist gəlmələr tərəfindən Fələstin torpaqları üzərində hökmranlıq etmək məqsədi ilə törədildiyi qeyd olunub.
Fələstinin Xarici İşlər Nazirliyi, həmçinin sionist İsrail rejiminin fələstinliləri yanğın törətməkdə ittiham etməsində, əslində Fələstin xalqını qızışdırmaq məqsədi güddüyünü bildirib.
Bu arada Fələstinin Mülki Müdafiə İdarəsi baş verən yanğınların söndürülməsi üçün sionist İsrail rejiminin etdiyi yardım tələbinə müsbət cavab verildiyini açıqlayıb.