Nardaran şəhidlərinin birinci ildönümü münasibətilə anım mərasimi Qafqaz Mədəniyyət Mərkəzinin təşəbbüsü və Mühəqqiq Ərdəbili Universitetinin Mədəniyyət Genişlənməsi İdarəsi və Şiəlik Beşiyi Ərdəbilin Ümumi Mənfəət Mədəniyyət Mərkəzinin əməkdaşlığı ilə 29 noyabrda Mühəqqiq Ərdəbili Universitetində keçiriləcək.
arannews Qafqaz.ir-a istinadən، Nardaran şəhidlərinin birinci ildönümü münasibətilə anım mərasimi “Kərbəladan Nardarana kimi” devizi altında Mühəqqiq Ərdəbili Universitetinin Ədəbiyyat və Humanitar elmlər İnstitutunun konfrans salonunda keçiriləcək. Mərasimdə Aran xaricə yayımradiosunun rəhbəri Məhəmməd Qazidehi çıxış edəcək.
Mərasimdə iştirak hamı üçün azad olacaq.
Qeyd edək ki, bir il öncə 26 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələri Nardaran qəsəbəsində yerləşən bir hüseyniyyəyə hücum edərək 5 nəfəri şəhid etmiş və bir neçə nəfəri yaralamış, Müsəlman Hərəkatı Birliyinin rəhbəri Tale Bağırov və onlarla islamçı fəalı həbs etmişdir.