Azərbaycan hokümətinin Nardaran məscidində şəhid olanların qəbirlərini dağıtması İŞİD terrorçularının İraq və Suriyadakı metodları ilə...
Arannews-Nardaranlı dindar məhbuslar bu qəsəbənin məscidində şəhid olanların qəbirlərinin dağıdılmasına etiraz ediblər.
Azərbaycan müsəlman birliyi hərəkətinin həbsdə olan sədri Hacı Tale Bağırzadə hökumətin Nardaran məscidində şəhid olanların qəbirlərini dağıtmasını İŞİD terrorçularının İraq və Suriyadakı metodları ilə müqayisə edərək qınayıb.
Nardaranlı məhbus dindar Cabbar Cabbarov da məhkəmədə bu hərəkəti pisləyib və hökumətdən bu kimi qeyri-indani hərəkətlərə son qoymasını istəyib.
Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələrinin ötən il 26 noyabrda Bakı şəhərinin yaxınlığında yerləşən Nardaran məscidinə hücumunda 4 nəfər şəhid oldu. Azərbaycan dövləti şəhid olanların Nardaranın əsas qəbiristanlığında dəfn edilməsinə izn vermədi və buna görə də şəhidlər uzaq bir ərazidə dəfn edildi. Bununla belə Azərbaycan dövlət qüvvələri həmin şəxslərin qəbir üstü daşlarını dağıdıblar.