Arannews- Rusiya və Ermənistan arasında Vahid Ordu Birləşmələri haqqında müqavilə imzalanıb.müqaviləyə Rusiya Müdafiə naziri Sergey Şoyqu və Ermənistan Müdafiə naziri Vigen Sərkisyan imza atıb.
Qeyd edək ki, Vahid Ordu Birləşmələri haqqında müqaviləyə əsasən, yeni yaradılacaq qruplaşmalar Ermənistan Baş Qərargahının tabeliyində sayılacaq. Müharibə yaranacağı təqdirdə isə bu qruplaşma Rusiya baş qərargah rəisinə tabe olacaq. Ermənistan Prezidenti Serj Sərkisyan Vahid Ordu Birləşmələrinin öz tərkibində Rusiyanın 102-ci bazası və Ermənistan ordusunun bölmələrini birləşdirəcəyini bildirib.