Rəsmi Moskva təlimlər baş tutacağı halda Ukraynanın bütün raket qurğularını məhv edəcəyini açıqlayıb.
Arannews- Əgər Ukrayna Krımla sərhəddə raket atışları həyata keçirsə, Rusiya Ukrayna ərazisinə raket zərbələri endirə bilər.
bu sözlər Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Rusiyadakı səfirliyinin hərbi attaşesinə göndərdiyi məktubda yer alıb. Rəsmi Moskva təlimlər baş tutacağı halda Ukraynanın bütün raket qurğularını məhv edəcəyini açıqlayıb.
Qeyd edək ki, məktub səfirliyə noyabrın 26-da göndərilib.
Bundan öncə rəsmi Kiyev Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasına yaxın ərazilərdə raket atışları həyata keçirəcəyini açıqlayıb. Bu, Moskvanın kəskin etirazına səbəb olub.