Tarix : 2016 Dec 01
Kod 50834

Tanınmış idmançı həbs edilib

Rövşən Heybətov Dələduzluqda ittiham olunur.
Arannews- Azərbaycanda tanınmış idmançı həbs edilib. K-1 döyüş növü üzrə məşqçi "Pro-Rinq" Rövşən Heybətov saxlanılıb. 
Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirilməkdə ittiham olunur. 
Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Ceyhun Yusifov açıqlamasında bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.


  • Yazılıb
  • da (də) 2016 Dec 01
  • Göndərən مدير سايت Aran News