AİP lideri 12 saylı CÇM-nə aparılan kimi heç bir səbəb göstərilmədən 15 günlük karsa salınıb.
Arannews- AİP lideri Mövsüm Səmədov noyabr ayının 29-u saxlanıldığı Qobustan Qapalı Təcridxanasından 12 saylı Cəza Çəkmə Müəssisəsinə köçürülüb. Bu barədə “İslamınsesi”nə Mövsüm Səmədovun yaxınları məlumat veriblər. Verilən məlumatda qeyd edilib ki, AİP lideri 12 saylı CÇM-nə aparılan kimi heç bir səbəb göstərilmədən 15 günlük karsa salınıb.Hal-hazırda Mövsüm Səmədovun vəkili Yalçın İmanov müvəkkili ilə görüşə bilmir. Buna səbəb isə Penitensiar Xidmət tərəfindən verilən görüş icazəsinin yalnız Qobustan Qapalı Tipli Təcridxanasına aid olması ilə bağlıdır.
“İslamınsesi”nə açıqlama verən Yalçın İmanov qeyd etdi ki, hər hansı bir məhbus CÇM-də yalnız daxili nizam intizam qaydaları pozarkən karsa salına bilər.
AİP lideri Mövsüm Səmədov kimi şəxsin həbsxana daxilində hər hansı nizam intizam qaydalarını pozması inandırıcı deyil.