Abucada yerləşən Nigeriya Federal Ali Məhkəməsi cümə günü bu ölkənin Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx Zəkzakinin tez bir zamanda azad olunmasına dair hökm çıxardıb.
“AranNews”-un verdiyi məlumata görə, Şeyx Zəkzaki həbs olunduqdan bir neçə ay sonra məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdi.
Şeyx Zəkzaki şikayət ərizəsində həbsi ilə bağlı hər hansı bir ittihamın irəli sürülməməsi və eləcədə ordunun onun evinə hücum edərəkən vətəndaşlıq hüquqularının tapdaladığını göstərmiş və həbsin davam etdirilməsinin qanunsuz olduğunu vurğulamışdı.
Nigeriya Federal Ali Məhkəməsinin hakimi Gabriel Kolawolenun sədrliyi ilə keçirilən məhkəmədə G.Kolawole Nigeriya təhlükəsizlik orqanlarının dəlillərinin yetərsiz olduğunu bilidirb.
Şeyx Zəkzəkinin vəkili Femi Falana məhkəmədən tələb edib ki, müvəkkilinin ittiham olunmadan həbsdə saxlanılmasının qanunsuz olması barədə qərar versin.
Hakim Qabriel Kolavolenin sədrliyi ilə keçirilən iclasda 45 gün ərzində Şeyx Zəkzəkinin azadlığa buraxılacağı və qanunsuz həbsdə saxlanılmasına görə, 25 milyon naira (160 min dollar) təzminat ödənilməsi barədə qərar verilib. Qərarda şeyx və ailəsi üçün Kadunada, ya da onun istədiyi yerdə evlə təmin olması tələb olunub. /realnienovosti.com/