İsrail media mənbələri "Hizbullah"ın silah tədarükü gördüyünü və bunun tarazlıqları dəyişdirəcəyini bildirib.
“AranNews”-un verdiyi məlumata görə, Bir hərbi mənbə "Görəsən, gələcək illərdə bir müharibə başlayacaqmı?", - sualına cavab olaraq, "Hələlik bu mümkün deyil. Sərhədlər müharibə içərisindədir və normal prosesin bir müharibə vəziyyətini alması çox sürətli şəkildə baş verəcək", - deyə bildirib. Mənbə "Hizbullah"ın imkanları haqqında isə bunları dilə gətirib: "Hizbullah" çox peşəkarca təcrübə qazanmaqdadır və qabiliyyətlərini inkişaf etdirir.
"Hizbullah" tank əleyhinə raketlər kimi avadanlıqlar tədarük edir və bu vəziyyət tarazlıqları dəyişə bilər". /Tasnim/