“MİT-lə çalışanlar cəzalandırılmalı, agentlər ölkədən çıxarılmalı və MİT-lə iş birliyi yekunlaşdırılmalıdır”.
Arannews- Almaniya hökuməti Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) ilə bağlı daha sərt tədbirlər görməlidir.
bunu jurnalistlərə açıqlamasında Almaniya Sol Partiyasının rəsmi nümayəndəsi Martina Renner söyləyib.
MİT-in Almaniyada geniş agentura şəbəkəsi qurduğunu söyləyən Renner bunun Almaniya üçün təhdid olduğunu bildirib:
“MİT-in Almaniyadakı fəaliyyəti bizim ölkədə yaşayan müxalif güclər üçün təhdiddir. Ona görə də MİT-lə çalışanlar cəzalandırılmalı, agentlər ölkədən çıxarılmalı və MİT-lə iş birliyi yekunlaşdırılmalıdır”.
Qeyd edək ki, son günlər Almaniya mətbuatında MİT-lə bağlı geniş yazılar dərc olunmağa başlayıb. Mətbuat türk kəşfiyyatının ölkədə geniş agentura şəbəkəsinin olduğunu bildirib. Bu agentura şəbəkəsinin 6 min üzvü olduğu iddia edilir.