Tarix : 2016 Dec 04
Kod 50853

Gücüstanda Əziz İslam Peyğəmbərinə həsr olunan şeir müsabiəsi keçiriləcək

müsabiqəyə təqdim olunan şeir, müsabiqə iştirakçısının müsabiqə üçün yazdığı yeni (heç yerdə dərc olunmayan) şeiri olmalıdır.
Arannews- Gürcüstan Müsəlmanlar İdarəsindən verilən məlumata görə, Gürcüstan Müsəlmanları İdarəsi İslam Peyğəmbərinə həsr olunan şeir müsabiəsi elan edir. 
Müsabiqəyə Azərbaycan və gürcü dillərində  Əziz İslam Peyğəmbəri (s) haqda istənilən məzmunda, istənilən vəzndə yazılmış şeirlər (5 kupletdən az olmamaq şərti ilə) müsabiqəyə təqdim edilə bilər.Lakin müsabiqəyə təqdim olunan şeir,  müsabiqə iştirakçısının müsabiqə üçün yazdığı yeni (heç yerdə dərc olunmayan) şeiri olmalıdır.
Yaş məhdudiyyəti qoyulmayan müsabiqədə ümumilikdə 10 (5 azəri və 5 gürcü dilləri üçün) mükafat nəzərdə tutulub. Hər iki birinci yer üçün 2000 Lari (təqribən 1350 AZN), ikinci yer üçün 1000 (675AZN) , üçüncü yer üçün 800 (540 AZN) , dördüncü və beşinci yerlər üçün isə 500 (335 AZN)  lari nəzərdə tutulub.
Hz. Məhəmməd Peyğəmbərin (s) mübarək doğum günü münasibəti ilə keçirilən müsabiqə bu aydan başlayaraq 2017-ci ilin fevral ayının sonuna qədər davam edəcəkdir.
Müsabiqəyə təqdim edilən bütün şeirlər şairlər və ədiblərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirildikdən sonra antologiya şəkilində dərc edilib keçirilməsi nəzərdə tutulan “Şeir axşamı” tədbirində müəlliflərə, din xadimlərinə və qələm əhlinə hədiyyə olunacaqdır.
Müəlliflər şeirlərini fevralın 28-nə qədər  aşağıda göstərilmiş e-mail ünvana və ya İdarənin facebook səhifəsinə (müəllifin şəkli və haqqında qisa məlumat və əlaqə telefonu vacibdir) göndərməlidirlər.
E-mail: info.amag77@gmail.com
Əlavə məlumat üçün telefon: +995 577623031


  • Yazılıb
  • da (də) 2016 Dec 04
  • Göndərən مدير سايت Aran News