Tarix : 2016 Dec 04
Kod 50854

Tale Bağırzadə məhkəmə sədrinə müraciət edib

Hərəkat sədri öz xətti ilə yazdığı ərizə ilə məhkəmə sədrinə müraciət edib.
Arannews- Ötən il Bakının Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən, "Müsəlman Birliyi" hərəkatının sədri Tale Bağırzadə öz xətti ilə yazdığı ərizə ilə məhkəmə sədrinə müraciət edib. Ərizənin yazılması onunla izah olunur ki, "Nardaran işi"nə sədrlik edən hakim Əlövsət Abbasovun kobud prosessual pozuntulara və ədalətsizliyə yol verib.
Qeyd edək ki, sonuncu iclasda təqsirləndirilən şəxslərin hakimə etirazından sonra Ə.Abbasov prosesin onların iştirakı olmadan keçirilməsinə qərar verib.

  • Yazılıb
  • da (də) 2016 Dec 04
  • Göndərən مدير سايت Aran News