Arannews- Ötən il Bakının Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı həbs edilən, "Müsəlman Birliyi" hərəkatının sədri Tale Bağırzadə öz xətti ilə yazdığı ərizə ilə məhkəmə sədrinə müraciət edib. Ərizənin yazılması onunla izah olunur ki, "Nardaran işi"nə sədrlik edən hakim Əlövsət Abbasovun kobud prosessual pozuntulara və ədalətsizliyə yol verib.
Qeyd edək ki, sonuncu iclasda təqsirləndirilən şəxslərin hakimə etirazından sonra Ə.Abbasov prosesin onların iştirakı olmadan keçirilməsinə qərar verib.