Təxminən 6 saat davam edən yığıncaq sonrasında qərar, Konstitusiya Məhkəməsi tərəfindən edilən yazılı şərh ilə bildirilib
Turky Servisi/Aran Agentliyi
Konstitusiya Məhkəməsi universitetlərə hicab azadlığı gətirən Konstitusiya dəyişikliyinin ləğvinə və qüvvəsinin dayandırılmasına qərar verib.
İslam-Azerinin HV-ya istinadlı xəbərinə görə,
Təxminən 6 saat davam edən yığıncaq sonrasında qərar, Konstitusiya Məhkəməsi tərəfindən edilən yazılı şərh ilə bildirilib.
Açıqlamada, "5735 saylı Türkiyə cümhuriyyəti Konstitusiyasının bəzi maddələrində dəyişiklik edilməsinə dair qanunun birinci və ikinci maddələri, Konstitusiyanın 2, 4, və 148-inci maddələri güdülərək ləğv edilmişdir ayrıca qüvvəsi də dayandırılmışdır" deyilib.
Konstitusiya Məhkəməsi Başçısı Haşim Qılınc, "Verilən qərar nə olursa olsun ölkəmizdə birliyimizi və birlikdə həyata əzmiylə sevincimizi əsla ortadan qaldırmamalıdır" deyib.
AA - Konstitusiya məhkəməsi, çadranın universitetlərdə sərbəst buraxılmasına bağlı konstitusiya dəyişikliyini ləğv edib və qüvvəsini dayandırıb.
Konstitusiya Məhkəməsi, CHP və DSP millət vəkillərinin çadranın universitetlərdə sərbəst buraxılmasına bağlı konstitusiya dəyişikliyinin "ləğvi və ya yox hökmündə qəbul edilməsi və qüvvəsinin dayandırılması" istəyiylə açdığı iddianın nəticəsini yazılı şərhlə bildirmişdir.