Arannews- Türkiyədə benzinin qiyməti qaldırılırNeft Məhsulları Həmkarlar İttifaqı (Petrol Ürünleri İşverenler Sendikası - PÜİS) bu gecə yarısından etibarən benzin və dizel yanacağının qiymətinin 0.15 TL (7 qəpik) qaldırılacağını açıqlayıb. Bu artımla benzinin qiyməti 5 lirəni keçəcək.
yeni qiymətlə Türkiyədə Aİ95 markalı benzinin qiyməti 4,92-4,95 lirədən 5,07-5,10 lirəyə yüksələcək.
Dizelin qiyməti isə 4,30-4,32 lirədən 4,45-4,47 lirə səviyyəsinə qalxacaq.