Tarix : 2016 Dec 05
Kod 50863

Ruslar SSRİ-nin süqutuna görə peşmandırlar

...SSRİ-nin süqutundan qaçmaq üçün istənilən qədər şans var idi.
Arannews- Rusların 56%-i SSRİ-nin süqutuna görə peşmandırlar.
bu nəticə “Levada Çentr” təşkilatının keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Respondentlərin 51%-nin fikrincə, SSRİ-nin süqutundan qaçmaq üçün istənilən qədər şans var idi. Süqutun qaçılmaz olması fikrini isə 29% rusiyalı dəstəkləyir.
Sorğu iştirakçıları həmçinin “SSRİ-nin dağılmasından niyə peşmansınız”, - sualına da maraqlı cavablar veriblər. İnsanların fikrincə, SSRİ-nin süqutu ilə vahid iqtisadi sistem çökdü, böyük gücə məxsusluq hissi itdi, qarşılıqlı inamsızlıq artdı, “hər yer evindir” hissi yox oldu, qohumlar, dostlar arasında əlaqələr dağıldı. Rusların 29%-i SSRİ-nin süqutuna əsas səbəb kimi Belovej razılaşmasını göstərirlər. Əhalinin 23%-i isə bu işdə xarici qüvvələri günahlandırır.
Ruslar həmçinin keçmiş SSRİ ölkələri ilə bağlı da maraqlı fikirlər səsləndiriblər. Əhalinin 25%-i bir neçə respublikanın birləşməsini istəyib, 21% şəxs isə bütün SSRİ ölkələrinin Avropa Birliyi tipində bir araya gəlməsini arzuladığını söyləyib. 13% rusiyalı bütün ölkələrin müstəqil olmasını və yalnız 12% rusiyalı SSRİ-nin əvvəlki formada bərpa olunmasını arzulayır.


  • Yazılıb
  • da (də) 2016 Dec 05
  • Göndərən مدير سايت Aran News