Tarix : 2016 Dec 06
Kod 50867

"ABŞ Yəmən böhranının davam etməsini istəyir"

Yəmən Yüksək Siyasi Şurasının sədri Saleh Əli Səməd ABŞ-a qarşı sərt ittihamlar səsləndirib.
AranNews”-un verdiyi xəbərə görə, Saleh Əli Səməd açıqlamasında bildirib ki, ABŞ Yəmənin tamamilə dağılmasını istəyir. ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən reallaşdırılan sülh danışıqlarının ciddi olmadığını diqqətə çatdıran Saleh Əli Səməd, düşmənlərin problemləin həll olunmağında maraqlı olmadığını vurğulayıb. "ABŞ Yəmən böhranının davam etməsini istəyir. Biz isə artıq Milli Qurtuluş Hökumətimizi qurmuşuq. Yeni hökumətimiz Yəmən xalqının rifahına xidmət edəcək" deyə Saleh Əli Səməd qeyd edib. /AlMasirah/

  • Yazılıb
  • da (də) 2016 Dec 06
  • Göndərən مدير سايت Aran News