İspaniya, Misir və Yeni Zelandiya tərəfindən təqdim olunan Hələb layihəsi Rusiya və Çinin vetosunun sonra rədd edilib.
“AranNews”-un verdiyi xəbərə görə, Rusiyanın Hələbdəki atəşkəs səylərinə qarşı təxribat kimi səciyyələndirdiyi, İspaniya, Misir və Yeni Zelandiya tərəfdaşlığında hazırlanan layihə, BMT TŞ-də keçirilən səsvermədə 11 lehinə və 3 əleyhinə səs alıb. Rusiya ilə Çinin veto etdiyi, Venesuelanın əleyhinə səs istifadə etdiyi səsvermədə Anqola da bitərəf qalıb.
Layihədə Hələbə humanitar yardım çatdırılması üçün münaqişələrə 7 gün ara verilməsi tələb olunurdu. 15 üzvlü BMT TŞ-də bir layihənin qəbul edilməsi üçün 9 lehinə səs alması və daimi üzvlər ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadan heç birinin layihəni veto etməməsi vacibdir. /Sputnik/