Mətbuat ilə yanaşı Az. R. telekanalları da bu səfəri geniş əks etdirərək onu əhəmiyyətli dəyərləndiriblər
Azerbaijan Servisi/Aran Agentliyi
İİR. xin-nin əvəzedicisi Əlirza Şeyx Əttarın Az. R-a səfəri Bakı medialarında geniş əks etdirilib. Mətbuat ilə yanaşı Az. R. telekanalları da bu səfəri geniş əks etdirərək onu əhəmiyyətli dəyərləndiriblər. Lider telekanalı İİR-nin NABUKU layihəsinə qoşulmağa hazırlığa işarə etdikdən sonra, Şeyx Əttara istinadla iki ölkə arasında mövcud olan potensialları yüksək dəyərləndirib. Lider telekanalı İİR-nın xin-nin əvəzedicisinə istinadla bildirib: İranla Az. R. arasındakı münasibətlər yüksək səviyyədədir. İki ölkə arasında sərhəd hüdudları ilə bağlı heç bir problem və maniyə olmasa da, biz viza rejiminin aradan qaldırılması yollarını araşdırırıq. Az. R-nın ATV telekanalı da Şeyx Əttarın Bakı səfərini xüsusi əks etdirərək bu İranlı rəsmisinin Az. R-nın xarici işlər naziri Elmar Məmədyarov ilə görüşünü əhəmiyyətli izah edərək bildirib: Bu görüşdə iki ölkənin xarici işlər nazirlərinin görüş tarixi müəyyənləşdirilib. Az. R-nın Space və İctimai TV. telekanalları da Şeyx Əttarın Bakı səfərini geniş formada əks etdiriblər. İİR-in xin-nin əvəzedicisi Şeyx Əttarın Bakıya iki günlük səfərinə çərşənbə günü start verilib.