İraq federal polis qüvvələri Mosulun cənubunda İŞİD terror təşkilatının media mərkəzini ələ keçirməyə müvəffəq olub.
“AranNews”-un verdiyi xəbərə görə, İraq polis təşkilatının baş direktoru Şakir Cövdət dünən bu barədə verdiyi açıqlamada polis dəstələrinin Mosul şəhərinin cənubunda yerləşən Hammam əl-Əlil bölgəsinin cənubundakı Fələkətul Məşraqda İŞİD terror təşkilatının media mərkəzinin aşkar edildiyini bildirib.
Şakir Cövdət bu mərkəzdən çox sayda kamera, videogörüntü və əhəmiyyətli bir sıra sənədlərin ələ keçirildiyini qeyd edib. /Tasnim/