Tarix : 2016 Dec 06
Kod 50873

Bakıda iki mühafizəçiyə hücüm edilib

ər iki şəxs xəstəxanaya yerləşdirilib.
Arannews- Bakıda zavoda basqın olub. 
Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Sahil qəsəbəsi ərazisində yerləşən zavoda basqın edən 4 nəfər oranın mühafizəçiləri – 1990-cı il təvəllüdlü Ruslan Qərib oğlu Hacıyevi bıçaqlayıb, digər mühafizəçi, 1993-cü il təvəllüdlü Rəhim Arif oğlu Rəhimovun başına küt alətlə vurublar. 
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. 
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.


  • Yazılıb
  • da (də) 2016 Dec 06
  • Göndərən مدير سايت Aran News