Arzu Nağıyev: "Kreml nəyin bahasına olursa-olsun, həm nüfuzunu saxlamaq, həm də beynəlxalq təşkilatlara Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu göstərmək istəyir".
Arannews- Ekspert Arzu Nağıyev hesab edir ki, Rusiyanın əsas prioriteti hazırda regionda yenidən nüfuz qazanmaqdır:“Kreml nəyin bahasına olursa-olsun, həm nüfuzunu saxlamaq, həm də beynəlxalq təşkilatlara Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu göstərmək istəyir”.
Politoloqun sözlərinə görə, Moskva Qarabağ məsələsini sona çatdırmasa, bu, böyük problemlərlə nəticələnə bilər:
“Putin münaqişənin həllini xarici siyasətdə prioritet kimi qəbul edir. Ancaq unutmaq lazım deyil ki, Rusiya və Ermənistan KTMT-də bir cəbhədədir”.