Tarix : 2016 Dec 06
Kod 50875

Rusiyadan Azərbaycan biznesinə böyük ziyan

Rusiyanın Alfa Bankı Gürcüstan bazarına girdi.
Arannews- Rusiyanın Alfa Bankının Gürcüstan bazarına girməsi, Azərbaycan biznesinə böyük ziyan vurulması demək olacaq.
bunu gürcü ekspert Lado Papava söyləyib. Ekspertin fikrincə, Azərbaycan biznesinə Gürcüstanda zərbə vurmaq yanlış addımdır:
 “Bu, Rusiyanın çox güclü banklarından biridir. Onun Gürcüstan bazarına girməsi haqqında yaxşı düşünmək lazımdır. Moskva bu bankdan özünün “liberal imperiya” layihəsinin gerçəkləşdirilməsi üçün istifadə edir. Mətbuatda informasiya yayılıb ki, Alfa Bank Gürcüstanda Qafqaz İnkişaf Bankının binasını almaq istəyir. Bu isə Azərbaycan şirkətidir. Belə çıxır ki, Rusiya biznesi Azərbaycan biznesini əvəz etməlidir. Məndə olan informasiyaya görə, Azərbaycanda artıq bununla bağlı böyük həyəcan yaşanır. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Alfa Banka Azərbaycan biznesinin güzəştə gedilməsi beynəlxalq skandala qədər gedib çıxa bilər. Əgər Azərbaycanın Qafqaz İnkişaf Bankının binasının auksionda satılması haqqında danışıqlar gedirsə, o zaman kim əvvəlcədən alıcının kim olduğunu bilir? Çox pis ssenari inkişaf edə bilər. Hesab edirəm ki, 4-5 il Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı nümayəndəsi olan Mərkəzi Bankın rəhbəri Koba Qvenetadze bu məsələyə ehtiyatla yanaşacaq. O, yəqin ki, Azərbaycanın strateji tərəfdaşımız olduğunu nəzərə alacaq”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 27 yanvar tarixli qərarları ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə Qafqaz İnkişaf Bankının lisenziyası ləğv edilib.


  • Yazılıb
  • da (də) 2016 Dec 06
  • Göndərən مدير سايت Aran News