Tarix : 2016 Dec 06
Kod 50876

Gürcü deputat: "Saakaşvilinin Olması Vahid Milli Hərəkatın Çökdürəcək"

Mixail Saakaşvili partiyanın daxili işlərinə qarışmamalıdır.
Arannews- Saakaşvili Vahid Milli Hərəkatın daxili işlərinə qarışmamalıdır.
Bunu gürcü deputat David Darçiaşvili bildirib.O, Vahid Milli Hərəkatın üzvü Saakaşvili dövrünün başa çatdığını iddia edib:
"2016-cı il seçkisindən sonra mən belə qənaətə gəldim ki, Mixail Saakaşvili gərək partiyanın əsasını qoyan şəxs kimi qalsın. O, ölkəyə geri dönənə qədər partiyanın daxili işlərinə qarışmamalıdır. Başqa cür alınmır. Ona görə ki, bütün bunlar qarşıdurma və intriqalara səbəb olur. Əgər partiyanın qurultayında belə qərar qəbul edilməsə, mən partiyanı tərk edəcəyəm. Vahid Milli Hərəkat Partiyası üzvlərinin çoxu Saakaşvilidən başqa lider görmək istəmirlər. Məncə, mədəni sürətdə ayrılmaq, ömür boyu fikir ayrılığında olmaqdan yaxşıdır. Bu, partiyanın işində effektivliyi aşağı salır. Vahid Milli Hərəkata təcili olaraq başqa sədr seçilməlidir".
Darçiaşvilinin fikrinə artıq Vahid Milli Hərəkatın bir neçə lideri də dəstək verib. Bu işdə xüsusilə partiyanın liderlərindən olan Qiqi Bokeriya seçilir. Başqa lider Nuqzar Tsiklauri isə bunun əleyhdarıdır. O, Saakaşvili olmadan Vahid Milli Hərəkatın çökəcəyini bildirib.
Qeyd edək ki, Vahid Milli Hərəkatın əsasını Saakaşvili qoyub. 2013-cü ildə eks-prezidentin ölkədən getməsi ilə partiya xeyli zəifləyib. Partiya daxilində artıq Saakaşvili ilə fikir ayrılığı yaşayanların sayı artıb. Yeni sədr seçilməsi üçün Vahid Milli Hərəkat yanvarın 20-də qurultay keçirəcək.


  • Yazılıb
  • da (də) 2016 Dec 06
  • Göndərən مدير سايت Aran News