Tarix : 2016 Dec 07
Kod 50880

Elşənə ağır həbs cəzası verilə bilər

Prokuror E.Mustafaoğlunun 12 il azadlıqdan məhrum edilməsini istəyib.
Arannews- Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri, Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib.
hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror E.Mustafaoğlunun 12 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə prosesi dekabrın 13-də davam edəcək.
Xatırladaq ki, bundan əvvəl məhkəməyə dəvət edilən şahidlərdən heç biri E.Mustafaoğlunun əleyhinə ifadə verməyib.
Qeyd edək ki, Elşən Mustafaoğlu ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmədiyini, ittiham aktında onun günahkar olduğunu sübut edən heç bir konkret faktın olmadığını deyib. Elşən Mustafaoğlu günahkar olduğunu sübut edən konkret faktlar göstəriləcəyi halda, özünü təqsirli biləcəyini deyib.
Məlumat üçün bildirək ki, E.Mustafaoğlu bundan əvvəlki məhkəmə prosesində ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.
Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.


  • Yazılıb
  • da (də) 2016 Dec 07
  • Göndərən مدير سايت Aran News