Viktor Mujenko: "Rusiya ilə on günlük müharibə Ukrayna ordusunun 10-12 min adam itirməsinə səbəb ola bilər".
Arannews- Ukrayna xarici təhdidlərə qarşı reaksiya vermək üçün xüsusi ssenari hazırlayır.bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş Qərargah rəisi Viktor Mujenko söyləyib. Ukrayn generali Kiyev üçün əsas təhdidin Rusiya olduğunu bildirib:
“Rusiya ilə on günlük müharibə Ukrayna ordusunun 10-12 min adam itirməsinə səbəb ola bilər. Burada həmçinin resurs təminatı söhbəti də var. Biz Ukrayna iqtisadiyyatının hərbi əməliyyatlar zamanı nə qədər dayanıqlı olacağını da müəyyən etməyə çalışırıq”.