Tarix : 2016 Dec 07
Kod 50882

Ukrayn generali: "Rusiya ilə müharibə 10-12 min hərbiçimizin itirməsinə səbəb ola bilər"

Viktor Mujenko: "Rusiya ilə on günlük müharibə Ukrayna ordusunun 10-12 min adam itirməsinə səbəb ola bilər".
Arannews- Ukrayna xarici təhdidlərə qarşı reaksiya vermək üçün xüsusi ssenari hazırlayır.
bunu jurnalistlərə açıqlamasında Ukrayna Baş Qərargah rəisi Viktor Mujenko söyləyib. Ukrayn generali Kiyev üçün əsas təhdidin Rusiya olduğunu bildirib:
“Rusiya ilə on günlük müharibə Ukrayna ordusunun 10-12 min adam itirməsinə səbəb ola bilər. Burada həmçinin resurs təminatı söhbəti də var. Biz Ukrayna iqtisadiyyatının hərbi əməliyyatlar zamanı nə qədər dayanıqlı olacağını da müəyyən etməyə çalışırıq”.


  • Yazılıb
  • da (də) 2016 Dec 07
  • Göndərən مدير سايت Aran News