Tarix : 2016 Dec 07
Kod 50883

Fransanın DİN rəhbəri qara siyahədədir

Fransa DİN-in yeni rəhbəri erməniyönümlü siyasətçidir və dəfələrlə Ermənistana, eləcə də işğal edilmiş Qarabağa səfər edib.
Arannews- Fransanın yeni DİN rəhbəri Azərbaycanın “qara siyahı”sındadır.

Fransa prezidenti Fransua Olland ölkənin yeni DİN rəhbəri vəzifəsinə aşağı palatanın üzvü Bruno Le Runu təyin edib.

bunu barədə Fransa prezidentinin “Twitter” hesabında məlumat yayılıb.

“Baş nazir Kaznevin təklifi ilə mən Bruno Le Runu daxili işlər naziri təyin etdim”, - məlumatda deyilir.

Bruno Le Ru Fransanın Milli Məclisinin sosialistlər fraksiyasına rəhbərlik edirdi. Xatırladaq ki, istefa verən sabiq baş nazir Manuel Valsı postda daha öncə DİN-ə rəhbərlik edən Bernar Kaznev əvəz edib. Vals gələn il ölkə başçısı seçkilərində iştirak etmək üçün tutduğu vəzifədən istefa verib.

Qeyd edək ki, Fransa DİN-in yeni rəhbəri erməniyönümlü siyasətçidir və dəfələrlə Ermənistana, eləcə də işğal edilmiş Qarabağa səfər edib.  

Fransanın “Ay data” komitəsinin rəhbəri Artur Martirosyan Bruno Le Runun DİN rəhbəri təyin olunmasını şərh edib. Şərhində fransız siyasətçisinin ermənilərə dəstəyini və onların problemlərini həllində böyük rolunu qeyd edib.

“Biz onunla bərabər dəfələrlə Ermənistanda və Qarabağda olmuşuq”, - A.Martirosyan bildirib.

Fransa parlamentində sosialistlər fraksiyasının rəhbəri olarkən Bruno Le Ru “erməni soyqırımı”nı tanımayanların cəzalandırılması üçün qanunun qəbul edilməsi üçün səy göstərib. Son dəfə fransız siyasətçisi Dağlıq Qarabağda keçən il “DQR müstəqilliyinin” 25 illiyində olub.  


  • Yazılıb
  • da (də) 2016 Dec 07
  • Göndərən مدير سايت Aran News