Rusiya Prezidenti Vladimir Putin Ali Dini Lider Ayətullah Seyid Əli Xameneiyə məktub göndərib.
“AranNews”-un verdiyi məlumata görə, Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi dekabrın 5-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya prezidentinin Suriyadakı vəziyyət üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev məktubu Ayətullah Xameneinin xarici siyasət üzrə müşaviri Əliəkbər Vilayətiyə təqdim edib.
Məktubun məzmunu haqqında məlumat verməyən B.Qasimi deyib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov dekabrın 5-dən Tehranda səfərdədir. Onun sözlərinə görə, rusiyalı diplomat İranın xarici işlər nazirinin Ərəb ölkələri ilə iş üzrə müavini Hüseyn Cabir Ənsari ilə görüşüb. /Qafqaz.ir/