Almaniya Baş naziri Angela Merkel Almaniyada qanuni olaraq mümkün olan hər yerdə niqab qadağası tətbiq olunması üçün çağırış edib.
“AranNews”-un verdiyi məlumata görə, Lideri olduğu Xristian Demokratların (CDU) Essende keçirilən 29-cu qurultayında çıxış edən Almaniya Baş naziri Merkel "Qanuni olaraq mümkün olan hər yerdə üzün tamamilə örtülməsi qadağan olunmalıdır", - deyərək niqab qadağasına çağırıb.
Qaçqın böhranına toxunan Merkel ötən yay baş verənlərin bir daha təkrarlanmamalı olduğunu bildirib. "2015-ci ilin yayında baş verən Almaniyaya yönəlik qaçqın axını bir daha baş verə bilməz, baş verməməlidir və baş verməyəcək", - deyən Merkel siyasi məqsədinin bu olduğunu da bildirib.
Digər tərəfdən, 2015-ci ildə Almaniyaya 890 min qaçqınının gəldiyini xatırladan Merkel hər bir müraciətin diqqətlə yoxlanıldığını deyib. Merkel bunların hamısının qalmasından söhbət getmədiyini vurğulayıb. /baki-xeber.com/