WikiLeaks, Ərdoğanın kürəkəni, Enerji Nazirliyi rəhbərinın şəxsi e-mail adreslərindən, 57,934 ədət məktubunun olduğu arxivi yayımlayıb.
“AranNews”-un verdiyi məlumata görə, bu barədə kompaniyanın özü xəbər yayıb.
Açıqlamanın davamında deyilir:
E-maillər 2000-ci ilin aprel ayından 2016-cı ilin avqust ayına kimi 16 ili əhatə edir və əsasən Albayrakın Türkyənin aparacı elitasından siyasətçilər, iş adamları, həmçinin ailə üzvləri ilə yazışmalarından ibarətdir.
23 avqustda Hacktivist qrub Redhack, Albayrakın e-maillərini ələ keçirildiyini bəyan etmiş, xüsusilə Aslı Ərdoğan və Alp Altınörs başda olmaqla solçu müxalif məhbusların azadlığa buraxılmasını tələb edərək, əks təqdirdə isə e-maillərin avqustun 26-da yayınlanacağını bildirmişdi.
Tələbləri yerinə yetirilmədiyi üçün, Redhack, arxivi Google Drive və Dropbox-a yükləyir. Türkiyə hökuməti Google Drive, Dropbox, Microsoft Cloud və Github-a normal internet girişini məhdudlaşdıraraq, Redhack şübhəlisi olduğuni iddia etdiyi insanları həbs elədi.
E-maillərdə Albayrakın adı İŞİD-lə neft ticarəti apardığı deyilən Powertrans kimi müxtəlif təşkilatlarla çəkilir. 2011-ci ilin 11 noyabrında Erdoğan hökuməti neft və neft məhsullarının idxalat, ixracat və ya tranzitinin qadağan edildyi barədə qanun imzalayır. Lakin fərmanda eyni zamanda xüsusi vəziyyətlərdə qanunun keçərsiz ola biləcəyi vurğulanırdı. Bu istisna şərti tender açılmadan bütün neft ticarət haqlarını vermək üçün Powertrans üçün istifadə edildi.
Türk mediasında Powertrans-ın İŞİD nəzarətində neft ticarətini apardığına dair saysız iddialar yayımlanıb.
Albayrak, Powertrans ilə əlaqəsini dəfələrlə inkar etsə də, e-maillər əksini göstərir.
Bir e-maildə Albayrak vəkilləri ilə Powertrans-a olan bütün bağlarını şərti olaraq inkar etməyi müzakirə edirlər. Vəkil «Müvəkkilim cənab Berat Albayrakın adıkeçən şirkətlə heç bir bağlantısı qalmayıb» deyə, yazılı bir ifadə təklif etdikdə, Albayrak - «Bu nə deməkdir? Heç bir şəkildə mənim bu şirkəitlə əlaqəm yoxdur», - deyərək məktubda düzəliş edir.
Ancaq arxivdə Albayrakın Powertrans ilə 2012-ci ildə əlaqə yaratdığı açıq şəkildə bəlli olur.
Arxivdə Albayrak-ın SEO-su olduğu Çalık Holdingin insan qaynaqları müdiri Betül Yılmaz arasında Powertrans-lə əlaqədar 30-a qədər e-maili tapılıb. Yılmazın, Powertrans-a işə götürüləcək namizəd personal və işçilərin maaşları ilə əlaqədar razılıq istədiyi görünür.
Arxivdə həmçinin türk mediasının və sosail medianı AKP idarəçiliyi lehinə nəzarət etmə cəhdləri də açıq şəkildə göstərilir.
2013-cü ildə Ərdoğana qarşı etirazlar artmağa başlayan zaman, hökumət dairələri sosial medianın böyüyən rolu ilə əlaqədar narahatlıq keçirməyə başladı. Çoxsaylı e-maillər göstərir ki, Gezi etirazlarından bəri AKP, sosial medianı nəzarət etmək üçün investisiya qoymağa başladı. Buna bir tərəfdən Türkiyə daxilində normal internet girişini əngəlləmək, bir yandan Twitter-də işləyib platformadakı mesajlaşmaya təsir etmək üçün işçi ayırmaq da daxildir.
2013-də Wall Street Journal hökumətin 6000 nəfərlik güclü bir sosial media komandası yaratdığını iddia etdi.
Saytın təqdim etdiyi e-mail arxivi Türkiyə hökumətinin mediaya qarşı təzyiqlərini və Türkiyədə vəziyyətin nə qədər ciddi olduğunu göstərir. /faktxeber/