Pakistanın Karaçi şəhərinin polisi Ərbəin ziyarətilə bağlı İraq və İrandan ölkəyə qayıdan zəvvarlara qarşı reydə başlayıb.
“AranNews”-un verdiyi məlumata görə, Reydlər Karaçinin Cəfəriyə düşərgəsi və Cəfər Təyyar Cəmiyyətində keçirilib. Ərbəin ziyarətindən qayıdan əksər zəvvarlar qanunsuz olaraq, polis tərəfindən saxlanılıb.
Pakistanlı Əhli-Beyt (ə) ardıcılları hesab edirlər ki, bütün bunlar Səudiyyyə rejiminin əmrlərilə ölkədəki şiələrin marjinallaşması üçün edilən bir cəhddir. /deyerler.org/