Qərbi Afrika ölkəsi olan Nigeriyanın Kaduna əyalətində fəaliyyət göstərən Nigeriya İslami Hərəkatı (IMN) qanunsuz elan edilib.
“AranNews”-un verdiyi məlumata görə, Əyalət rəhbərliyi tərəfindən verilən açıqlamada IMN-in "qiyamçı və qanunsuz" elan edildiyi bildirilib.
Açıqlamada təşkilatın hər bir qanunsuz hərəkətinə görə Zəkzəkinin məsulliyyət daşıdığı bu səbəblə Zəkzəkinin mühakimə olunmalı olduğu qeyd edilib.
Abuja Federal Ali Məhkəməsi ötən həftə Zəkzəki və həyat yoldaşının azadlığa buraxılmasına hökm vermişdi. Məhkəmədən Zəkzəki və xanımının haqsız yerə nəzarətində saxlanıldığı, bu vəziyyətin qanunlara zidd olduğu bildirilmişdi. /Eastnews.org/