Tarix : 2016 Dec 08
Kod 50891

İran Azərbaycan ilə əlaqələri genişləndirir

İqtisadi, sənaye, mədəni, ticarət, kənd təsərrüfatı, turizm, sərmayə qoyuluşu, abadlıq işləri, texniki-mühəndislik xidmətləri üzrə əlaqələrin genişləndirilməsi...
Arannews- İran İslam Respublikasının Gülüstan vilayətinın ticarət və dövlət heyəti çərşənbə axşamı Bakıya səfər edib.
İş adamları, sərmayə sahibləri və dövlət rəsmilərindən təşkil olunmuş bu 30 nəfərlik heyət Gülüstan ostandarı ilə birlikdə Azərbaycana səfər edib. 
Bu heyət bir günlük səfər çərçivəsində Azərbaycanın iş adamları birliyinin sədri, kənd təsərrüfatı nazirinin müavini və iqtisadiyyat nazirinin müavini ilə görüşüb, ikitərəfli əlaqələrin genişləndirilməsi yollarını müzakirə edəcəklər. 
Bu heyətin üzvləri daha sonra Qazaxıstana səfər edərək, bu ölkə ilə əlaqələrin inkişafı yollarını araşdıracaq. İqtisadi, sənaye, mədəni, ticarət, kənd təsərrüfatı, turizm, sərmayə qoyuluşu, abadlıq işləri, texniki-mühəndislik xidmətləri üzrə əlaqələrin genişləndirilməsi bu səfərin əsas məqsədini təşkil edir.

  • Yazılıb
  • da (də) 2016 Dec 08
  • Göndərən مدير سايت Aran News